Evi olan əcnəbilər Türkiyədə bir il vizasız qala biləcək

Evi olan əcnəbilər Türkiyədə bir il vizasız qala biləcək
# 12 aprel 2013 10:32 (UTC +04:00)

APA-Economics”in trtazerbaycan.com-a istinadən xəbərinə görə, xaricilərin qısamüddətli qeydiyyatı, ailə qeydiyyatı, tələbə qeydiyyatı, uzunmüddətli qeydiyyatı, humanitar xarakterli qeydiyyatı, insan ticarəti qurbanlarının qeydiyyatı kimi məsələləri tənzimləyən «Xaricilər və Beynəlxalq Qoruma Qanunu» dünəndən qüvvəyə minib.

Qanuna əsasən, Türkiyədə daşınmaz əmlakı olan əcnəbilərə də qısa müddətli yaşayış icazəsinin verilməsi qərarlaşdırılıb. Qanunda «qısamüddətli yaşayış icazəsi hər dəfə ən çoxu bir illik müddətə verilir» yazılıb. Əcnəbilərin yaşayış icazəsi ala bilməsi üçün standartlara uyğun qalacaq yerinin, tələb edildiyi təqdirdə məhkumluğunun olub-olmadığına dair sənədləri, Türkiyədə qalacağı ünvanla bağlı məlumatları təqdim etməsi lazım gələcək.

Yaşayış üçün icazənin 3 aydan bir ilə qaldırılması daşınmaz əmlak satan firmaların işinə yarayır. Çünki müddətin uzadılması Türkiyədə daşınmaz əmlak alan xaricilərin buradakı evlərində uzun müddət qala bilməsinə imkan verəcək. Nəticədə Türkiyədən ev alan əcnəbilərin sayının artması, əcnəbilərə ildə 10 mlrd. dollarlıq daşınmaz əmlakın satılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR