Cavid Qurbanov Bakı-Böyük Kəsik dəmir yolunda rabitə sistemini quran şirkətə müqavilə şərtlərinə əməl etməyi tövsiyə edib

Cavid Qurbanov Bakı-Böyük Kəsik dəmir yolunda rabitə sistemini quran şirkətə müqavilə şərtlərinə əməl etməyi tövsiyə edib
# 27 may 2015 09:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” QSC-də Fransanın “Bombardier” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, cəmiyyətin sədri Cavid Qurbanov Azərbaycana dəmir yollarında reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ı məlumat verib.

Görüşdə Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində 25kV 50Hz enerji sisteminə uyğun rabitə və digər əlaqəli komponentlər daxil olmaqla işarəvermə sisteminin layihələndirilməs, təchizatı və quraşdırılması məsələsi müzakirə olunub.

Məlumat verilib ki, podatçı təşkilat - “Bombardier-TransSignalRabitə BM” (İsveçrə-Rusya- Azərbaycan) şirkəti tərəfindən bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlanıb. 1-ci hissədə Böyük Kəsik - Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsində 13 stansiyadan 5-də işlərin 80%-ə qədər görülüb. 4 stansiyada işə başlamağa hazırlıq işləri görülür. 1-ci hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib. Tövsiyə edilib ki, podratçı şirkət ehtiyatlarını artırmalı, iki və ya üç hissədə eyni vaxtda işə başlamalıdır və müqavilə şərtlərinə uyğun olaraq, vaxtında icra olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR