Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşüb

Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşüb
# 20 iyul 2016 10:59 (UTC +04:00)

Bakı – APA. Gənclər və idman naziri Azad Rəhimov iyulun 20-də Göygöl rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhərlərindən 40-dan artıq sakin iştirak edib.

Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi, işlə təminat, şəxsi məsələlər və s ilə bağlı olub. Gənclər sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasındadır. İdman sahəsində müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, uşaq-gənclər və idman mərkəzlərinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR