İsrail Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin mümkünlüyü nəzərdən keçirilib

İsrail Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin mümkünlüyü nəzərdən keçirilib
# 25 iyul 2014 10:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsrail Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin tətbiqinin mümkünlüyü müzakirə edilib.

APA-nın məlumatına görə, İsrailin müdafiə nazirliyinin rəsmisi bildirib ki, Təhlükəsizlik Şurasında Qəzzada 8 günlük yerüstü əməliyyatın genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.

Müşavirə bağlı qapılar arxasında keçirilib. Baş nazirin katibliyindən müşavirə ilə bağlı heç bir şərh verilməyib.

Qeyd edək ki, İsrail ordusu Qəzzada əməliyyata başlayan gündən 808 fələstinli ölüb. Fələstin Səhiyyə Nazirliyindən bildiriblər ki, təkcə son sutka ərzində 115 nəfər qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR