Azərbaycanın xarici işlər naziri Romada keçirilən “BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı konfransda çıxış edib - FOTO

Azərbaycanın xarici işlər naziri Romada keçirilən “BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar” adlı konfransda çıxış edib - <span style="color: red;">FOTO
# 06 fevral 2013 06:55 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünyanın 70 ölkəsinin iştirak etdiyi konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

İtaliya hökumətinin təşəbbüsü ilə artıq üçüncü dəfə keçirilən konfransın məqsədi BMT-nin Təhlükəsizlik Şurasının islahatı mövzusunda dünyanın müxtəlif bölgələrindən olan BMT-yə üzv dövlətlər arasında siyasi dialoqa şərait yaratmaqdır. Təşkilatın mövcud strukturunun artıq müasir dövrün reallığını əks etdirmədiyi, yeni üzvlərin sayı, onların coğrafi bölgüsü və veto hüququ barədə kifayət qədər ziddiyyətli fikirlər mövcuddur.

Konfransın açılışında giriş sözü ilə İtaliyanın xarici işlər naziri Culyo Tertsi və İspaniyanın xarici əlaqələr üzrə dövlət katibi Gonzalo de Benito Secades çıxış ediblər.

Tədbirdə çıxış edən E. Məmmədyarov BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması üçün məsuliyyət daşıyan başlıca orqan olduğunu, qurulduğu vaxtdan beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasına mühüm töhfələr verdiyini qeyd edərək, müasir dövrün çoxtərəfli çağırışlarına və təhlükələrinə cavab vermək üçün BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahata və yenilənməyə ehtiyacı olduğunu vurğulayıb.

Nazir həmçinin, Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılması üçün onun qəbul etdiyi qərarların, xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına yönəlmiş qətnamələrin BMT-yə üzv dövlətlər tərəfindən qeyd-şərtsiz əməl olunmasının vacibliyini qeyd edib.

Sözügedən tədbir çərçivəsində E. Məmmədyarovla Albaniyanın xarici işlər naziri Edmond Panariti arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlər və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Albaniyalı nazir azərbaycanlı həmkarını Albaniyaya səfərə dəvət edib.

Konfransdan sonra E. Məmmədyarov Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR