Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib - FOTO

Heydər Əliyev Mərkəzinin mobil tətbiqi istifadəyə verilib - <span style="color: red;">FOTO
# 02 iyul 2015 11:44 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Mərkəzinin mobil tətbiqi (application) istifadəyə verilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, IOS və Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulan mobil tətbiqi App Store və Google play mağazalarından yükləmək olar.

Bu tətbiq vasitəsi ilə istifadəçilər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat əldə edə, Mərkəzlə bağlı ən son xəbərləri izləyə, tədbirlər və sərgilər haqqında informasiya ala bilər.

Mobil tətbiq, həmçinin Mərkəzdəki sərgi və konsertlərə “online bilet” almaq üçün imkanlar yaradır. Belə ki, bu tətbiqdə “E-bilet” bölməsində Mərkəzdə təşkil olunan sərgi və konsertlərə bilet almaq olar. Hər bir istifadəçinin aldığı bilet “Biletlərim” yarımbölməsində toplanır, eyni zamanda həmin şəxsin elektron ünvanına təsdiq məktubu gəlir. İstifadəçi (tamaşaçı) tədbirə gələrkən mobil tətbiqə vasitəsi ilə alınan bileti mobil telefonundan (və ya elektron ünvanına gələn bileti çap edərək) nəzarətçiyə təqdim edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR