Azərbaycan Prezidenti: “Müsəlman ölkələrinin mütləq əksəriyyəti bizi fəal dəstəkləyir”

Azərbaycan Prezidenti: “Müsəlman ölkələrinin mütləq əksəriyyəti bizi fəal dəstəkləyir”
# 25 aprel 2013 20:19 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçıları ilə görüşündə bəyan edib.

Dövlət başçısı qeyd edib ki, hələ ki erməni işğalından əziyyət çəkən soydaşlarımız kifayət qədər çoxdur: “Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb. Azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından didərgin salınıb. Bizim bütün tarixi abidələrimiz, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu vəhşiliyi təsdiqləyən kifayət qədər faktlar, sənədlər, videosənədlər, fotoşəkillər var. Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilib və 613 nəfər, - onlardan 100-dən çoxu qadın, 63-ü uşaqdır, - erməni soyqırımının qurbanı olub. Bu, misli görünməmiş vəhşilik idi, bu, erməni faşizminin təzahürü idi”.

Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq hüquq Azərbaycanın mövqeyini dəstəkləyir. “BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qərarlar, qətnamələr qəbul edib. Ancaq hələ ki, bu məsələ öz həllini tapmır. Torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan artıq azərbaycanlı bu işğaldan bu gün də əziyyət çəkir”, deyə prezident İlham Əliyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR