Almaniyalı ekspert: “Brüsseldə Azərbaycanın demokratik inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlara son qoyulmalıdır”

Almaniyalı ekspert: “Brüsseldə Azərbaycanın demokratik inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlara son qoyulmalıdır”
# 26 sentyabr 2015 08:05 (UTC +04:00)

APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt deyib. O bildirib ki, Brüsseldə Azərbaycanın demokratik inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ikili standartlar praktikasına son qoyulmalıdır: “Postsovet məkanındakı digər ölkələrə münasibətdə avropalı siyasətçilər bir çox məsələlərə göz yumurlar. Sanksiyalar nadir hallarda öz məqsədinə çatır. Azərbaycan enerji sahəsində Avropa İttifaqının vacib tərəfdaşıdır. Rəsmi Bakı sanksiyalar tətbiq edildiyi halda, Qərbdən uzaqlaşacaq və özünə qarşı ədalətsiz addımlardan müdafiə olunmaq üçün cavab tədbirləri görəcək”.


M. Dornfeldtin sözlərinə görə, oxşar qətnamələrin qəbul edilməsi əvəzinə, Avrasiyaya konstruktiv siqnallar göndərilməlidir. Onun fikrincə, bu cür siqnal viza rejiminin sadələşdirilməsi, Azərbaycan və Qazaxıstana münasibətdə isə ümumiyyətlə, Şengen zonası üçün vizanın aradan qaldırılması ola bilər: “Bir çox Şərqi Avropa ölkəsi ilə müqayisədə Azərbaycan və Qazaxıstan daha yüksək ÜDM-ə malikdir. Hər iki ölkənin əhalisi azdır və bu ölkələrdən iqtisadi miqrasiyanın baş verəcəyindən qorxmaq lazım deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR