Hacıqabulda evdə baş verən yanğında bir nəfər yanaraq ölüb - YENİLƏNİB - FOTO - VİDEO

Hacıqabulda evdə baş verən yanğında bir nəfər yanaraq ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 mart 2015 16:31 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yanğının baş verdiyi və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evinə təbii qaz fasilələrlə verilib.

Evdə tək olan 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun alışqandan istifadə etməsi nəticəsində yanğın baş verib.

Hadisə nəticəsində dünyasını dəyişən A. Kazımovun ruhi xəstə olduğu bildirilir.

*** 18.43

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhəri Mirzə Baxış Nədim küçəsi 4 ünvanında fərdi yaşayış evində qeydə alınıb.

Yanğın zamanı 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlu yanaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR