Gəncə sakini ağır xəsarət alıb

Gəncə sakini ağır xəsarət alıb
# 04 iyun 2016 22:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakininin qolu kəsilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1988-cü il təvəllüdlü Ruslan Mustafayev sol qolun kəsilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, R. Mustafayev sərxoş halda sol qolu ilə pəncərə şüşəsinə zərbə endirib və şüşə onun qolunu kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR