Bank Of Baku

Azərbaycana qaçaqmalçılıq yolu ilə pul keçirən İran vətəndaşı məhkəmədə özünü təqsirli bilib

Azərbaycana qaçaqmalçılıq yolu ilə pul keçirən İran vətəndaşı məhkəmədə özünü təqsirli bilib
# 22 iyun 2018 15:14 (UTC +04:00)

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının qaçaqmalçılıqda təqsirləndirilən vətəndaşı Pişehvaz Sorushun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

İttihama münasibət bildirən P. Sorushun özünü təqsirli bilib. O deyib ki, pulun qanunsuz keçirilməsindən xəbəri olmayıb.

 

Sonra iş üzrə şahidlər ifadə verib.

 

Proses iyunun 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, Pişehvaz Sorush hava limanında saxlanılıb. Onun üzərinə baxış zamanı bəyan edilməmiş 30 min ABŞ dolları məbləğində pul aşkar olunub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR