Avropa Məhkəməsi Leyla və Arif Yunusların şikayətini təmin edib

Avropa Məhkəməsi Leyla və Arif Yunusların şikayətini təmin edib
# 02 iyun 2016 15:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avropa İnsan Hüquqları Məhkəməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayətlərinə baxılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, məhkəmə onların şikayətlərini təmin edib və Azərbaycan hökumətinin cərimələnməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarına görə, onların işi ilə bağlı Avropa Konvensiyasının 3-cü maddəsiı pozulub.

Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə onların hər birinə 13 min, hüquqi xərclərə görə isə birlikdə 4000 avro ödəməlidir.

Qeyd edək ki, Leyla və Arif Yunus 2014-cü ilin iyulunda həbs olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onların barələrində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab olunması) maddəsini tətbiq edib və onlar azadlığa buraxılıb. Bundan sonra onlar müalicə olunmaq məqsədi ilə Hollandiyaya gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR