Ötən ay Naxçıvanın hava xətti ilə 22 mindən çox sərnişin daşınıb

Ötən ay Naxçıvanın hava xətti ilə 22 mindən çox sərnişin daşınıb
# 18 aprel 2015 09:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Naxçıvan Muxtar Respublikası hava nəqliyyatı xidmətin keyfiyyətinin artırılması üçün infrastrukturun müasirləşdirilməsi işləri mart ayında da davam etdirilib.

Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay yerli hava xətti ilə 22 min 253 sərnişin, 276 min 152 kiloqram baqaj, 83 min 224 kiloqram yük və 2 min 190 kiloqram poçt, beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysləri ilə 313 sərnişin, 1706 kiloqram baqaj, Naxçıvan-İstanbul reysləri ilə 498 sərnişin və 5 min 83 kiloqram baqaj daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR