Cəlilabadda ayrı-ayrı vaxtlarda düşən dava zamanı iki nəfər döyülüb.
APA-nın cənub bürosunun məlumatına görə, ilk hadisə zamanı rayon sakini, 1991-ci il təvəllüdlü Əliqulu Səxavət oğlu Həsənzadə döyülərək xəsarət alıb.
İkinci hadisə zamanı isə digər bir rayon sakini, 1987-ci il təvəllüdlü Tosif Rafiq oğlu Əliyev döyülüb.
Xəsarət alan şəxslər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.