Azərbaycan prezidenti Miloş Zemanı Çex prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti Miloş Zemanı Çex prezidenti seçilməsi münasibətilə təbrik edib
# 29 yanvar 2013 14:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının yeni seçilmiş prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Çex Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Çex Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da inkişafına və genişlənməsinə nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Çex Respublikasının dost xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR