Gürcüstan vətəndaşı yol qəzasında vəfat edib

Gürcüstan vətəndaşı yol qəzasında vəfat edib
# 12 aprel 2013 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Azərbaycanda baş verən yol qəzasında Gürcüstan vətəndaşı dünyasını dəyişib. Goranboy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 12-də saat 01.00 radələrində qeydə alınıb. Goranboy rayonu ərazisində Bakı şəhər sakini Vəfadar Ömərov idarə etdiyi "Mercedes" markalı avtomaşını aşırıb. Nəticədə V. Ömərovun sərnişini - Gürcüstan vətəndaşı Teymuraz Beridze hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR