İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında iğtişaşlar olub

İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında iğtişaşlar olub
# 24 sentyabr 2015 00:52 (UTC +04:00)

Bakı-APA. İordan çayının qərb sahilində İsrail müdafiə ordusu və yerli fələstinlilər arasında iğtişaşlar baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, etirazçılar İsrail əsgərlərini daşqalaq edib. Buna cavab olaraq, əsgərlər fələstinlilərə qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Toqquşmalar sentyabrın 22-də blokpostların birində güllələnən 18 yaşlı fələstinli qızın dəfnindən sonra başlayıb. İsrail tərəfi bildirir ki, hərbçilərin xəbərdarlığına və dayanmaq əmrinə tabe olmayan qız əsgərlərdən birini bıçaqla vurmaq istəyib. Mərhumun ailəsi və şahidlər bu iddiaları rədd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR