Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 28 avqust 2015 10:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyada yol qəzasında ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 27-də saat 11 radələrində Xətai rayonunun N.Əliyev küçəsində Bakı şəhər sakini Pərvin Vəlibəyli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Abbasəli Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən A.Hüseynov orada dünyasını dəyişib.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR