Vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqə üzrə namizədlərin qeydə alınması başa çatıb

Vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqə üzrə namizədlərin qeydə alınması başa çatıb
# 03 noyabr 2015 09:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Oktyabrın 1-də Azərbaycan Respublikasının prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 5 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması oktyabrın 30-da başa çatıb.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə üzrə 222 namizəd qeydiyyatdan keçib. Ən çox namizədin qeydə alındığı dövlət orqanı Maliyyə Nazirliyi (160 nəfər) olub. Vakant vəzifə üzrə də ən böyük müsabiqə vəziyyəti Maliyyə Nazirliyi üzrə (3 vakant yerə 160 nəfər) qeydə alınıb. Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.csc.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR