Bakıda daha iki marketdə süni qiymət artımının qarşısı alınıb

Bakıda daha iki marketdə süni qiymət artımının qarşısı alınıb
# 03 mart 2015 13:42 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21 ünvanında "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, ev 90A ünvanında "İntermarket" MMC-yə məxsus "Ruzi" marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR