Azərbaycan prezidenti Polşa Prezident Administrasiyasının rəhbərini, İsveç Krallığının və Bolqarıstanın xarici işlər nazirlərini qəbul edib

Azərbaycan prezidenti Polşa Prezident Administrasiyasının rəhbərini, İsveç Krallığının və Bolqarıstanın xarici işlər nazirlərini qəbul edib
# 12 dekabr 2012 11:52 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Polşa Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskini, İsveç Krallığının xarici işlər naziri Karl Bildti və Bolqarıstan Respublikasının xarici işlər naziri Nikolay Mladenovu qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa İttifaqı, o cümlədən nümayəndə heyəti üzvlərinin təmsil etdikləri ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Nümayəndə heyətinin üzvləri Avropa İttifaqının və təmsil etdikləri ölkələrin Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildiriblər. Görüşdə, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təkcə enerji sektorunda deyil, iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən sərmayə qoyuluşu sahəsində də inkişaf etdirilməsinin önəmi qeyd olunub, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR