“Kapital Bank” “Yubiley qazancı” adlı yeni kampaniya keçirir

“Kapital Bank” “Yubiley qazancı” adlı yeni kampaniya keçirir
# 12 noyabr 2014 09:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Kapital Bank” fəaliyyətə başlamasının 140 illiyi münasibətilə “Yubiley qazancı” adlı yeni kampaniyaya başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər bu əlverişli fürsəti düzgün dəyərləndirib, öz vəsaitlərindən daha çox qazana bilərlər.

Bu ilin dekabrın 30-na qədər “Kapital Bank”da yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13 %-dək artırılıb.

“Hesabdakı depozit məbləğini rahatlıqla artırmaq imkanı var. Üstəlik, əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə dəyərli ödəniş kartı hədiyyə edilir. Faizləri kartla hər ay, ya da müddətin sonunda almaq olur. Amma bu, hələ son deyil. Müştərilərin istəyi ilə onlara çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır. Depozitləri bankın bütün filiallarında yerləşdirmək olar”, - deyə məlumatda bildirilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 8 şöbəsi ilə müştərilərə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli müştəri xidmətinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR