Məktəbi oxuyub bitirə bilməyən şagirdlər üçün ekternat imtahanları keçiriləcək

Məktəbi oxuyub bitirə bilməyən şagirdlər üçün ekternat imtahanları keçiriləcək
# 31 mart 2015 08:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, eksternat imtahanları 13, 14, 15 may tarixlərində baş tutacaq.

İmtahanlara qeydiyyat aprelin 1-dən 20-dək iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlərə Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkil, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə daxildir.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR