Rusiya XİN: Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək

Rusiya XİN: Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək
# 04 mart 2015 12:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.


“Çox maraqlı bir hal bizim diqqətimizi cəlb edir. Nə vaxt ki, Ukraynada böhranın sülh yolu ilə həllinin əlamətləri görünür, Vaşinqtonda yenidən vəziyyəti gərginləşdirməyə başlayırlar. İndi də 12 fevralda imzalanan Minsk razılaşmasına görə əldə olunan atəşkəs rejiminin həqiqətə çevrildiyi an Obama administrasiyası tətbiq olunmuş sanksiyaların uzadılması və yeni sanksiyaların tətbiq edilməsi iə yenidən Rusiyanı hədələməyə başlayıb. İstəyərdik ki, ABŞ nəhayət, öz qərarlarının və fəaliyyətinin nəticələri barədə düşünsün. Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək. Bunu artıq Vaşinqton başa düşməlidir”, - deyə A. Lukaşeviç bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR