Azərbaycan vətəndaşları müəyyən hallarda şəxsiyyət vəsiqəsi ilə ölkə xaricinə çıxa biləcək

Azərbaycan vətəndaşları müəyyən hallarda şəxsiyyət vəsiqəsi ilə ölkə xaricinə çıxa biləcək
# 21 may 2015 13:06 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 10.1-ci maddəsinə (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi) əlavələr edilir. Edilən əlavəyə görə, “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.

Məcəlləyə əlavə Milli Məclisin mayın 29-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR