Səfir Möhsün Pak Ayin: “Azərbaycanın İrana verdiyi nota araşdırmalardan sonra cavablandırılacaq”

Səfir Möhsün Pak Ayin: “Azərbaycanın İrana verdiyi nota araşdırmalardan sonra cavablandırılacaq”
# 03 may 2013 15:06 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Gəncədə səfərdə olan İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin verib. O qeyd edib ki, İranda saxlanılan Azərbaycan vətəndaşı haqqında lazımi və rəsmi məlumata malik deyil. Lakin diplomat Azərbaycan Təbrizdəki Baş Konsulluğunun İran Xarici işlər Nazirliyinə nota təqdim etdiyi haqqında məlumatı olduğunu bildirib. O qeyd edib ki, notada Azərbaycan tərəfi İranda saxlanılan vətəndaşı haqqında məlumat əldə etmək istəyir. Səfir araşdırmalardan sonra yaxın gələcəkdə notanın cavablandırılacağını deyib: “Hər iki ölkədə ortaya müəyyən mövzular atan şəxslər olur, mediada bu mövzuları yayır. Bu, bizim münasibətlərimizə heç uyğun deyil. Hər iki ölkə rəhbərinin iradəsi göstərir ki, belə qeyri-rəsmi orqanlar, şəxslər və ya qurumlar bizim yaxşı münasibətlərimizə mənfi təsir edə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR