Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze dövlətə xəyanət və təxribat ittihamı ilə saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə "Keşikçidağ" (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib.
Jurnalistə qarşı irəli sürülmüş ittihama görə 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edərək.