Bişkekdəki Qırğız-Türk “Manas” Universitetində “Heydər Əliyev-zamanın önündə” mövzusunda beynəlxalq konfrans keçirib

Bişkekdəki Qırğız-Türk “Manas” Universitetində “Heydər Əliyev-zamanın önündə” mövzusunda beynəlxalq konfrans keçirib
# 27 aprel 2013 11:01 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki Qırğız-Türk “Manas” Universiteti ilə birgə “Heydər Əliyev-zamanın önündə” mövzusunda beynəlxalq konfrans keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Qırğızıstan parlamentinin deputatları, bu ölkədə akkreditə olunmuş KİV nümayəndələri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, universitetin professor-müəllim heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər. Konfransda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə edib. O bildirib ki, Heydər Əliyev həm keçmiş SSRİ rəhbərliyində yüksək vəzifə tutarkən, həm də xalqımızın təkidli tələbi ilə müstəqil Azərbaycanın prezidenti seçildikdən sonra milli mənəvi dəyərlərimizin bərpa olunması və qorunub saxlanılması istiqamətində əvəzolunmaz xidmətlər göstərib.

H. Orucov deyib ki, məhz Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri olduqdan sonra bütün sahələrdə köklü islahatlara başlanılıb, onun siyasi iradəsi nəticəsində Ermənistanın Azərbaycana təcavüzü dayandırılıb, atəşkəsə nail olunub: “Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının təcavüzdən azad edilməsi ilə bağlı dörd qətnamə qəbul edib. Sənədlərdə deyilir ki, təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməli, qaçqın və köçkünlər doğma yurd-yuvalarına qayıtmalıdırlar. Təəssüf ki, indiyədək Ermənistan BMT-nin bu tələblərini yerinə yetirməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR