ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb - FOTO

ARDNŞ-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb - <span style="color: red;">FOTO
# 20 noyabr 2014 08:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti, Neft-qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) baş direktoru Tofiq Qəhrəmanov Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirib.

Məktəbdən APA-ya verilən məlumata görə, görüşdə tələbələr yeni tikilən Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi haqqında geniş məlumatlandırıb.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyasının ildən-ilə genişləndiyini, yeni Neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ARDNŞ-nin fəaliyyətində növbəti böyük nailiyyətlər əldə etməsinə yeni imkanlar yaradacağını qeyd edib.

Tofiq Qəhrəmanov rəhbərlik etdiyi NQNK layihəsinə dair təqdimatla çıxış edərək, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən ölkədə yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin Qaradağ və Abşeron rayonlarının sərhədində inşa olunacağını və 2018-2020-ci illərdə istifadəyə veriləcəyi nəzərdə tutulduğunu tələbələrin diqqətinə çatdırıb.

Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyişlərin müşahidə olunacağını, bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacağını qeyd edən vitse-prezident, bunlarla yanaşı, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacağını, yeni iş yerlərinin açılacağını və əhalinin məşğulluq strukturunu keyfiyyətcə yaxşılaşacağını iştirakçıların nəzərinə çatdırıb.

Xüsusilə də bu layihənin icrasında ingilisdilli və müasir bilikli gənc mütəxəssislərin cəlb olunmasına böyük önəm verildiyini vurğulayan T.Qəhrəmanov, BANM rəhbərliyi ilə bu istiqamətdə əməkdaşlıq etməsinə, ən bacarıqlı tələbələrin Neft-qaz emalı və Neft-kimya Kompleksi layihəsində təcrübə keçmələrinə maraqlı olduğunu bildirib.

Təqdimatdan sonra vitse-prezident və layihə rəhbəri T.Qəhrəmanov tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Sonda T. Qəhrəmanova BANM-nin “Fəxri qonağı” diplomu təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR