Göygöl. Azər Məmmədli - APA. Göygöldə meşədə meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın qərb bürosunun məlumatına görə, yanvarın 10-da rayonun Şəhriyar kəndi yaxınlığında bıçaqlanaraq qətlə yetirilən şəxsin, rayonun Şəhriyar kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Rəşad Qəşəm oğlu olduğu müəyyən edilib.
Onun öz həmkəndlisi tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.
***
saat 15.51
Göygöl. Azər Məmmədli - APA. Göygöldə meşədə meyit tapılıb.
APA-nın qərb bürosunun məlumatına görə, yanvarın 10-da rayonun Şəhriyar kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Tapılan şəxsin kimliyi hələlik məlum deyil.
Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.