Bank Of Baku

Sədərəkdə arvadını, daha sonra özünü bıçaqlayan şəxs cəzadan azad edilib

Sədərəkdə arvadını, daha sonra özünü bıçaqlayan şəxs cəzadan azad edilib
# 22 oktyabr 2026 11:58 (UTC +04:00)

Sədərəkdə arvadını öldürməyə cəhddə təqsirləndirilən Zakir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə Zakir Abbasovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi qərarına gəlib. Hökmə əsasən, o, cinayət məsuliyyətindən azad edilib, ümumi tipli psixiatriya stasionarında məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Sədərək rayonunda baş verib. Zakir Abbasov həyat yoldaşı Aləmzər Abbasovanı bıçaqlayıb, daha sonra isə özünə xəsarət yetirib.

Zakir Abbasova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR