Bank Of Baku

ICMP-nin baş direktoru: Yüz minlərlə itkin şəxslə bağlı işlərin araşdırılması üçün sistem dəyişdirilməlidir

Beynəlxalq İtkinlər Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberger

© APA | Beynəlxalq İtkinlər Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberger

# 07 oktyabr 2026 15:58 (UTC +04:00)

"Yüz minlərlə itkin şəxslə bağlı işlərin araşdırılması üçün sistem dəyişdirilməlidir".

APA xəbər verir ki, bunu Beynəlxalq İtkinlər Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberger İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, Dayton Sülh Sazişi ilə Ermənistan-Azərbaycan Sülh Sazişinin 9-cu maddəsi arasında mühüm fərqlərdən biri münaqişə tərəflərindən dövlətlərin məsuliyyətinə keçidin vurğulanmasıdır.

“Burada artıq söhbət müharibə aparan tərəflərdən yox, dövlətlərdən və dövlətlərin məsuliyyətindən gedir. Bu yanaşma "Bütün Şəxslərin Məcburi İtkin Düşmədən Müdafiəsi haqqında Konvensiya"ya uyğundur. Həmin Konvensiyaya əsasən, dövlətlər itkin şəxslərlə bağlı halları araşdırmalıdır”, - deyə K. Bomberger qeyd edib.

ICMP-nin baş direktoru bildirib ki, hazırda bir sıra ölkələr çox böyük sayda itkin şəxslərlə bağlı problemlərlə üzləşir.

“Ukraynada 114 min, Suriyada 300 min itkin şəxs var. Meksikada itkin düşən miqrantlar da nəzərə alınmaqla 100 mindən çox itkin şəxs mövcuddur. Kolumbiyada da 100 mindən çox itkin şəxs var. Afrikanın əksər hissəsində itkin şəxslərin sayı barədə dəqiq məlumat yoxdur. Vyetnamda da itkin şəxslərin sayı çox yüksəkdir”, - deyə o vurğulayıb.

K. Bomberger qeyd edib ki, az sayda itkin şəxslə bağlı araşdırma aparmağa öyrəşmiş sistemdən yüz minlərlə itkin şəxslə bağlı işlərin araşdırıldığı sistemə keçid ciddi dəyişikliklər tələb edir.

“Bu halda hər şey tamamilə dəyişdirilməlidir. İlk növbədə, itkin şəxslərin ailələrindən genişmiqyaslı məlumatların toplanması tələb olunur. Buraya itkin düşmüş yaxınları barədə məlumatlar, onların harada itkin düşdüyü və itkin düşmə tarixi daxildir”, - deyə ICMP rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR