Parisdə Kerri ilə Lavrov arasında görüş keçiriləcək

Parisdə Kerri ilə Lavrov arasında görüş keçiriləcək
# 09 oktyabr 2014 02:53 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-də Con Kerri Qahirədə Qəzza zolağının bərpasına həsr olunmuş konfransda iştirak edəcək.

“Bundan sonra dövlət katibi Parisə yollanaraq Fransanın xarici işlər naziri Loran Fabius, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər tərəfdaşlar ilə görüş keçirəcək”, deyə Psaki bildirib.

Həmçinin, oktyabrın 15-də ABŞ-ın dövlət katibi Con Kerri Vyanaya səfər edərək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR