Azərbaycana “beşbarmaq” və dəyənək gətirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycana “beşbarmaq” və dəyənək gətirilməsinin qarşısı alınıb - <span style="color: red;">FOTO
# 22 avqust 2014 20:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycana qanunsuz silahların gətirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, 4 ədəd “beşbarmaq” və 4 ədəd dəyənək aşkar edərək götürüblər.

Bütün faktlarla bağlı təhqiqat aparılır.

Qeyd edək ki, DGK əvvəllər də bu cür hallarının qarşısını alıb və ölkə qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların gətirilməsinin qadağan olunduğunu bildirib.

Komitə bir daha əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı “beşbarmaq” və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələrin soyuq silah hesab olunduğunu, bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyətinin də nəzərdə tutulduğunu xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR