Moldovanın birinci xanımı Bakıda baş vermiş yanğında ölənlərin ailələrinə başsağlığı verib

Moldovanın birinci xanımı Bakıda baş vermiş yanğında ölənlərin ailələrinə başsağlığı verib
# 21 may 2015 10:02 (UTC +04:00)

Bakı – APA. Moldovanın birinci xanımı Marqarita Timofti Azərbaycanın bu ölkədəki səfirliyinə zəng edib. Səfirlikdən APA-ya bildiriblər ki, M. Timofti mayın 19-da Bakıda baş verən yanğında ölən və yaralananların ailəsinə, yaxınlarına başsağlığı verib və faciədən çox sarsıldığını deyib.

Xanım Timofti səmimi sözlərinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya çatdırılmasını da xahiş edərək, onun ağrı və acısını bölüşdüyünü söyləyib. O, əmin olduğunu bildirib ki, Azərbaycan xalqı öz prezidentinin rəhbərliyi ilə bu sınağa mərdliklə sinə gərəcək.

Qeyd edək ki səfirliyə Moldovanın rəsmi şəxsləri və sıravi vətəndaşlarından da zənglər daxil olur. Onlar Azərbaycan xalqı ilə həmrəyliklərini bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR