Paşha Bank
Bank Of Baku

Kəmaləddin Heydərov Polşa səfirliyində olub, Krakovda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

Polşa səfiri Pavel Radomski, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

© APA | Polşa səfiri Pavel Radomski, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

# 11 noyabr 2026 18:40 (UTC +04:00)

Fövqəladə hallar naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı Səfirliyində olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazir Polşa səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR