Azərbaycan Dövlət Rus Dram Teatrı Ceyn Ostinin “Qürur və qərəz” romanını səhnələşdirib

Azərbaycan Dövlət Rus Dram Teatrı Ceyn Ostinin “Qürur və qərəz” romanını səhnələşdirib
# 27 mart 2013 13:32 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı İngiltərə yazıçısı Ceyn Ostinin məşhur “Qürur və qərəz” romanını səhnələşdirib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 14-də nümayiş etdiriləcək tamaşanın rəhbəri xalq artisti Aleksandr Şarovski, quruluşçu rejissor İlqar Safat, quruluşçu rəssam Nikita Sazonovdur (Rusiya).


Tamaşada əməkdar artistlər Omir Nağıyev, Natalya Baliyeva, habelə İnna İmranova, Fatma Əliyeva, Olesya Qasımova, Yeganə Hüseynli, Oleq Əmirbəyov, Ramil Əliyev və başqaları iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR