Hüseyn Cavadzadə seçicilərlə görüşüb - FOTO

Hüseyn Cavadzadə seçicilərlə görüşüb - <span style="color: red;">FOTO
# 26 oktyabr 2015 09:45 (UTC +04:00)

Bakı – APA. 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Hüseyn Cavadzadə təbliğat kampaniyası çərçivəsində rayonun Şiləvar kənd sakinləri ilə görüşüb.

APA-nın məlumatına görə, görüş lənkəranlılar tərəfindən böyük izdiham və sevinclə qarşılanıb.

Sakinlər qarşısında çıxış edən H. Cavadzadə dövlət başçısının apardığı islahatları önə çəkib. O qeyd edib ki, bu yaxınlarda Lənkərana yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılması ölkə prezidenti İlham Əliyevin lənkəranlılara diqqətinin nəticəsidir.

H. Cavadzadə Göyşaban və Şiləvar kənd sakinlərinin problemləri ilə yaxından tanış olaraq bunları deyib: “Mən çox qürurla deyə bilərəm ki, bu gün bizimlə görüşə hər bir sakin öz istəyi ilə, əziz lənkəranlılar üçün qarşıya qoyduğumuz hədəflərimizə saf sevgi, inamla yanaşıb gəlib. Biz bu gün buradayıq və sabah da burada olacağıq!”.

Öz növbəsində seçicilər gənc namizəd H. Cavadzadəni dəstəklədiklərini və namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların problemləri ilə maraqlanmasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, lənkəranlıların favorit namizədi olan gənc iki həftədir bütün onlayn və ictimai sorğularda rəqiblərindən bir neçə dəfə üstün fərqlə birincidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR