Bank Of Baku

Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb
# 22 iyun 2018 13:48 (UTC +04:00)

Azərbaycanda həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb.

 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Quliyev Ramil Sabir oğluna tanışı Ağdam rayon sakini Xəlilov İlqar Çoban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR