Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Mart - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Mart - <span style="color: red;">VİDEO
# 25 mart 2015 17:02 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentinin deyildiyi kimi "qərarsızlığı" əslində hansısa bir qərarın veriləcəyinin uzaqda olmadığını açıq-aşkar ortaya qoyur. Dünənə qədər Yaxın Şərqdə qətiyyətlə "ənənəvi siyasətinə" üstünlük verən Vaşinqton deyəsən kartları dəyişməyi düşünür. Obamanın İrana ünvanladığı yumşalma mesajı, Fələstin dövlətinin qurulmasının regionda sabitlik üçün ən yaxın yol olduğunu bəyan etməsi və ən əsası da bütün bunların köhnə müttəfiqi İsraili nə qədər qıcıqlandıracağına etinasız yanaşması belə deməyə əsas verir. Vaşinqton yeni mesajla qaynar bölgəyə su çiləməyi və bir müddət bu bölgədə bu vaxta qədər yaxşı münasibətdə olmadığı ölkələrdən necə deyərlər, arxayın olmağı planlaşdırır. ABŞ-ın bu planının Yaxın Şərqdə yaxşı və ya pis mənada verəcəyi effekti görəcəyik. Ortaya isə sual çıxır. "Ağ Ev"i bu addımı atmağa nə məcbur edir? Bax, məsələ bundadır. Vaşinqtonun marağında bu dəqiqə ən çox Avropada, daha doğrusu, Ukrayna ətrafında baş verənlərdir. "Köhnə dünya"nın da incə məsələlərdə şərqdən geri qalmadığını yaxşı anlayan ABŞ konqresinin və prezidentinin yaratdığı görüntü Ukraynaya silah yardımı edilib-edilməyəcəyi barədə bayaq dediyim "qərarsızlığı" nümayiş etdirə bilər. Amma qərbin baş verənlərdə bir nömrəli günahkar hesab etdiyi Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi və Moskvanın zəiflədilməsi fonunda. Eyni zamanda ABŞ hərbçilərinin Ukrayna sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi də hər hansı reaksiyanın veriləcəyini proqnozlaşdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR