Benediktas Juodka: “Bəzi parlament üzvlərinin qaldırdığı şəxsi təşəbbüslər Seymin rəsmi mövqeyini ifadə etmir”

Benediktas Juodka: “Bəzi parlament üzvlərinin qaldırdığı şəxsi təşəbbüslər Seymin rəsmi mövqeyini ifadə etmir”
# 01 mart 2013 14:56 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Bu gün Litva Seymin xarici əlaqələr komitəsinin sədri Benediktas Juodka Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ilə görüşüb. Litva Seymindən APA-ya verilən məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Komitənin sədri bildirib ki Litvanın xarici ölkələrlə əlaqələri beynəlxalq sazişlərə əsaslanır. B. Juodka həmçinin əlavə edib ki, Litva Seymin deputatların şəxsi bəyanatları və bəzi deputatların qaldırdığı təşəbbüslər Seymin rəsmi mövqeyini ifadə etmir.

Benediktas Juodka səfir Həsən Məmmədzadəni əmin edib ki, rəhbərlik etdiyi komitə Seymin rəhbərliyinə parlamentlərarası dostluq qrupun yaradılması ilə bağlı proseduraların daha da şəffaflaşdırılması təklifi ilə müraciət edib. O ümidvar olduğunu bildirib ki, parlamentlərarası və dostluq qruplarının yaradılması və onların fəaliyyəti Litvanın xarici siyasətin məqsəd və prinsiplər əsasında qurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR