Azərbaycanın müdafiə nazirinin həbsdə olan keçmiş müavini məhkəmədə ifadə verib

Azərbaycanın müdafiə nazirinin həbsdə olan keçmiş müavini məhkəmədə ifadə verib
# 18 sentyabr 2015 10:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə M. Səlimov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir.

M. Səlimov 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR