Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb
# 11 avqust 2016 16:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılara 16169,5 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,0% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8%, qeyri-ərzaq məhsulları üzrə isə 0,6% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR