SOCAR Supsa limanından xam neftin ixracını bir ildə 6% azaldıb

SOCAR Supsa limanından xam neftin ixracını bir ildə 6% azaldıb
# 01 aprel 2015 14:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında Supsa limanından 254 003 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 5% çoxdur.

Ümümilikdə, bu ilin yanvar-mart ayları ərzində Supsa limanından 762 290 ton xam neft ixrac edilib ki, bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 5,55% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR