ABŞ hərbçiləri Azərbaycan zabitləri üçün seminar keçirir

ABŞ hərbçiləri Azərbaycan zabitləri üçün seminar keçirir
# 16 avqust 2016 11:21 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu tərəfindən "Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar" mövzusunda seminar keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdan ibarətdir.

Seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-da tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı məlumatlar verilərək müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR