"Bank Melli İran Baku" aktivlərini 26% artırıb

"Bank Melli İran Baku" aktivlərini 26% artırıb
# 25 may 2015 09:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Melli İran Baku"nun aktivlərinin həcmi 2015-ci ilin I rübündə 84,310 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,31% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,54% artaraq 6,151 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,42 dəfə artaraq 51,128 mln. manat təşkil edib, nizamnamə kapitalı isə 2,3 dəfə artaraq 51,434 mln. manata çatıb.

Cari ilin üç ayını bank 503,716 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR