Türkiyə bankları Azərbaycan Dövlət Neft Şirkətinin layihələrinə maraq göstərir

Türkiyə bankları Azərbaycan Dövlət Neft Şirkətinin layihələrinə maraq göstərir
# 19 mart 2013 07:18 (UTC +04:00)

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ-in ölkə daxilində, həmçinin Türkiyə, Gürcüstan, Rumıniya, İsveçrə və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələrindən bəhs edən R.Abdullayev gələcəkdə investisiya layihələrinin gerçəkləşdirilməsində Türkiyə bankları ilə əməkdaşlığın genişləndiriləcəyinə əminliyini bildirib.

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQNK) layihəsinin Azərbaycan iqtisadiyyatının ən böyük layihəsi olduğunu diqqətə çatdıran ARDNŞ prezidenti bu barədə qonaqlara ətraflı məlumat verib, yaxın dövr üçün əsas perspektivli layihələrdən söz açıb. Sonra NQNK layihəsi, Gəmiqayırma Zavodunun tikintisi, «Petkim»də həyata keçirilən layihələr və TANAP layihəsi barədə təqdimatlar olub. Qonaqların təqdimatlarla bağlı çoxsaylı suallarını ARDNŞ nümayəndələri ətraflı cavablandırıb. Türkiyəli bankirlər və maliyyə qurumlarının təmsilçiləri ARDNŞ tərəfindən Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrə böyük maraq göstərdiklərini bildiriblər.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR