Aİ komissarı: "Payızda Ukrayna ilə viza rejiminin ləğvinə dair yekun qərar verilə bilər"

Aİ komissarı: "Payızda Ukrayna ilə viza rejiminin ləğvinə dair yekun qərar verilə bilər"
# 11 iyul 2016 10:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı payızın əvvəlində Ukrayna ilə viza rejiminin aradan qaldırılması haqda yekun qərar qəbul edə bilər.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin 7-ci qeyri-rəsmi görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda məsələyə Avropa Parlamentində baxılır: “Ümid edirəm ki, biz payızın əvvəlində və ya ən geci oktyabra kimi qərar verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR