Bu il Azərbaycanda yanğınlarda həlak olan və xəsarət alanların sayı xeyli azalıb

Bu il Azərbaycanda yanğınlarda həlak olan və xəsarət alanların sayı xeyli azalıb
# 16 noyabr 2012 07:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) rəis müavini Aqşin Kazımov jurnalistlərə açıqlamasında deyib.

A.Kazımov qeyd edib ki, bugünkü statistik göstəricilərə görə, Azərbaycanda baş verən yanğınların təxminən 70 faizi özəl sektorda və yaşayış məntəqələrində qeydə alınır.

Yanğınlardan dəyən maddi ziyanın 70 faizi yaşayış sektorunun payına düşür.

Onun sözlərinə görə, yanğınlar əsasən, elektrik xətlərinin və avadanlıqların qoşulması zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, qızdırıcı sobalardan istifadə edərkən qaydaların pozulması nəticəsində baş verir: “Bu yöndə tərəfimizdən həm maarifləndirici işlər görülür, həm də xidmətin üzərinə düşən bütün vəzifələr icra olunur. Bunu nəticəsi olaraq bu il yanğınlarda həlak olan və xəsarət alanların sayı xeyli azalıb.

Əhalisi bizim ölkə qədər olan digər ölkələrlə müqayisə etsək, bizdə bu say dəfələrlə aşağıdır”.

A.Kazımov onu da deyib ki, yanğın hadisələrinin baş verməsinin qarşısını almaq üçün təhsil müəssisələrinin tədris proqramına yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirici məlumatlar daxil edilib. Bundan başqa, hər həftənin şənbə günləri xidmətin mühəndis-inspektor heyəti insanların sıx toplaşdığı yerlərdə, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, hətta mənzillərdə yanğın təhlükəsizliyi ilə əlaqədar təşviqat işləri aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR