Şəki sakini Bakıda 2 kq marixuana ilə tutulub - FOTO - VİDEO

Şəki sakini Bakıda 2 kq marixuana ilə tutulub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 noyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Yasamal Rayonu Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarını küllü miqdarda narkotik maddəni dövriyyədən çıxarıb.

APA-nın məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, 51 yaşlı Məmmədiyyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub.

Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kq-a yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

M. Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini, narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib.

Toplanan materiallar araşdırma üçün Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR